» » Şimal dənizi üzərində F-16 qəzaya uğradı

Şimal dənizi üzərində F-16 qəzaya uğradı

Şimal dənizi üzərində F-16 qəzaya uğradı

Pilot təyyarəni katapultla tərk edib.

Danimarka sahillərində bu ölkənin Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcısı qəzaya uğrayıb, Yahoo News məlumat yayıb.

ucarliyiq.biz lenta.ru-ya istinadən xəbər verir ki, hadisə çərşənbə axşamı oktyabrın 27-də krallığın qərb hissəsində Şimal dənizi akvatoriyasında baş verib.

Şassilərin nasazlığı ucbatından pilot katapultla təyyyarəni tərk etməli olub. Onu HHQ-nın xilasedici helikopterlərindən biri götürüb.

Təyyarəçi özünü yaxşı hiss edir, komandanlığın bəyanatında qeyd olunur.

Danimarka ilk F-16 qırıcısını silahlanmaya 1980-ci ildə qəbul edib, hal-hazırda HHQ-da bu növdə 30 təyyarə mövcuddur. Onların dəyişdirilməsi haqqında qərar yaxın bir neçə ay ərzində qəbul edilə bilər.