» » İsrailə yük adı ilə yaşlı qadının cəsədini gətirdilər

İsrailə yük adı ilə yaşlı qadının cəsədini gətirdilər

İsrailə yük adı ilə yaşlı qadının cəsədini gətirdilər

Yeşikdə sənədlər olmayıb.

İsrailin Ben-Qurion aeroportunun əməkdaşları Rusiyadan gələn yükdə yaşlı qadının cəsədini aşkar ediblər.

ucarliyiq.biz bu barədə lenta.ru-ya istinadən xəbər verir.

Yeşikdə mərhumun kimliyini müəyyənləşdirməyə yardım edə biləcək sənədlər, və yaxud da cəsədin dəfn edilməsi üçün göndərilən zaman tələb edilən sənədlər olmayıb.

Aeroportun əməkdaşlarına mərhumun qohumlarını tapmaq üçün bir neçə saat vaxt lazım olub. Sonradan aydın olub ki, qadının qohumları cəsədin daşınmasına dair qaydaları bilmədikləri üçün cəsədi adi yük baqajında gətiriblər.

Sonradan işə İsrailin Xarici işlər nazirliyi qoşulub, Rusiyadan lazımi sənədləri göndəriblər.

“İsrail 24” portalının məlumatına əsasən, 79 yaşlı Zizova Ester İosifovna oktyabrın 18-də vəfat edib. Onu tezliklə Aşdod qəbiristanlğında dəfn edəcəklər.