» » Siyənək balığından paştet

Siyənək balığından paştet

Siyənək balığından paştet


Siyənək balığından hazırlanan paştet ləzzətli olduğu qədər də doyumludur və azbüdcəlidir.Paştetin hazırlanma qaydası da çox sadədir.

Lazım olan ərzaqlar:

File - 150 qr
Yumurta - 1 ədəd
Kartof - 1 ədəd
Soğan - 0,5 ədəd
Kərə yağı - 50 qr
Sarımsaq - 1 diş
Uksus 9% - 0,5 çay qaşığı
Duz,istiot zövqə görə

Hazırlanma qaydası:

File,əvvəlcədən bişirilmiş kartof və yumurta,soğan və sarımsaq doğranır.Üzərlərinə otaq temperaturunda yumşaldılmış kərə yağı və uksus əlavə edilir.Sonra bu qarışıq blenderda tam əzilib,zövqə görə duz və istiot əlavə edilir.Süfrəyə paştet çörək dilimlərinin üzərinə çəkilərək verilir.Nuş olsun!