» » Nepalın rəhbəri ilk dəfə qadın oldu

Nepalın rəhbəri ilk dəfə qadın oldu

Nepalın rəhbəri ilk dəfə qadın oldu

Bhandari çoxdandır ki, qadınların hüquqları üçün fəal çıxış edir.

Nepal parlamenti çərşənbə günü prezidentini seçib, prezident ilk dəfə qadın olub. Bu, Bidxia Bhandaridir, Associated Press agentliyi məlumat yayıb.

ucarliyiq.biz xəbər verir ki, Bhandari çoxdandır ki, qadınların hüquqları üçün fəal çıxış edir. O, hal-hazırda iqtidar partiya olan Nepal Kommunist partiyasının sədr müavinidir.

Bhandari 214 səsə qarşı 327 səs toplayaraq Nepal konqresi partiyasından əsas rəqibi olan Bahandura Qurunqaya qalib gəlib.

Sentyabrın 20-də ölkədə yeni konstitusiya qəbul edilib. Yeni konstitusiyanın qəbul edilməsi dövlətin induizm dövlətindən sivil dövlət quruluşuna keçidi dəstəkləmək məqsədi güdür.