» » Hərbçilər 1962-ci ildə SSRİ-yə qarşı nüvə zərbəsinin qarşısını alıblar

Hərbçilər 1962-ci ildə SSRİ-yə qarşı nüvə zərbəsinin qarşısını alıblar

Hərbçilər 1962-ci ildə SSRİ-yə qarşı nüvə zərbəsinin qarşısını alıblar

Əmrlər radio-əlaqə ilə verilib.

ABŞ-da daha öncə məlum olmayan nüvə raketlərinin yalnış buraxılışı haqqında hadisənin sirri açılıb. Karib böhranı zamanı ABŞ Hərbi-Hava Qüvvələrinin kapitanının verilən əmrə qarşı durmaq cəsurluğu Üçüncü dünya müharibəsinin qarşısını alıb.

ucarliyiq.biz lenta.ru-ya istinadən xəbər verir ki, baş verənlər barədə hadisələrin şahidinə istinadən Bulletin of the Atomic Scientists nəşri məlumat yayıb. 

Hadisə 1962-ci ilin oktyabr ayının 28-də Karib böhranı zamanı ABŞ-ın Yaponiyanın Okinava adasında yerləşən 4 məxfi raket bazasında baş verib. SSRİ və ABŞ arasında münasibətlərin gərginləşməsi nəticəsində qoşunların döyüş hazırlığı ən yüksək həddə qədər qaldırılmışdı (DEFCON 2 – “nüvə müharibəsi ərəfəsi”).

Kapitan Uilyam Bassett dörd qanadlı MaseB raketinin buraxılışı haqqında əmr alıb. Raketlər termo-nüvə bombaları Mark 28 ilə təchiz edilmişdilər, uçuş məsafəsi isə onlara Hanoy, Pekin, Phenyan və Vladivostoka zərbə endirmək imkanı verirdi.

Əmrin mətni ilə tanış olan U.Bassett vurulacaq hədəflərdən birinin SSRİ ərazisində yerləşmədiyini görüb. Bu zaman U.Bassettə zəng edən digər zabit ona göndərilən məxfi zərfdə hədəflərdən ikisinin SSRİ-yə aid olmadığını deyib.      

U.Bassett əsgərlərə baş zabitin şifahi əmri və ya döyüş hazırlığının DEFCON1 səviyyəsinə çatdırılmasına dair rəsmi göstəriş olmadan raket buraxılışını icra edən leytenantı düyməyə basacağı halda güllələmək əmri verib.

U.Bassettin komanda məntəqəsi ilə danışığının məzmunu bəlli olmasa da, nəticədə məxfi bazalarda qulluq edən zabitlər nüvə başlıqlı raketlərin buraxılmamasına dair əmr alıblar. Kapitan sərəncamında olan hərbçilərdən hadisə barədə susmağı tələb edib.

U.Bassett 2011-ci ildə vəfat edib. O, 1962-ci ildə baş verənlərlə bağlı heç kimə heç nə danışmayıb. Hadisənin təfərrüatlarını isə ABŞ Hərbi-Hava Qüvvələri rəhbərliyinin icazəsi ilə onun həmkarı Con Bord 2015-ci ildə açıqlayıb.

İndi jurnalistlər və alimlər ölkə hakimiyyətindən bu hadisə ilə bağlı rəsmi sənədlərin açıqlanmasını tələb edirlər.

Karib böhranı Sovet İttifaqı və ABŞ arasında 1962-ci ildə mövcud olan siyasi gərginlikdir. Bu gərginliyə səbəb SSRİ SQ-nin bölüklərinin və silahlarının, nüvə silahı da daxil olmaqla Kubaya göndərilməsi və orada yerləşdirilməsi idi.