» » Rusiyada “Ruslara” qadağa

Rusiyada “Ruslara” qadağa

Rusiyada “Ruslara” qadağa

Məhkəmə qərar qəbul edib.

Moskva şəhər məhkəməsi ölkənin bütün ərazisində “Ruslar” milliyətçi hərəkatının fəaliyyətinə qadağa qoyub.

ucarliyiq.biz İnterfax-a istinadən xəbər verir ki, məhkəmə prokuraturanın dəlilləri ilə razılaşaraq Dmitriy Demuşkin və Aleksandr Potkinin ( Belov) rəhbərlik etdikləri hərəkatı ekstremist kimi tanıyıb.

Müəyyən edilib ki, hərəkatın proqramı etnik mənsubiyyət əsasında bir qrup insanlara qarşı nifrət yaratmağa yönəlib, həmçinin “öz milli dövlətini yaratmaq üçün mübarizəyə” çağırışları ehtiva edir.

Qeyd edək ki, milliyətçi “Ruslar” hərəkatı 2011-ci ildə yaradılıb.