» » Azərbaycanlı qadın Türkiyədə ən çox axtarılan cinayətkarlar siyahısında

Azərbaycanlı qadın Türkiyədə ən çox axtarılan cinayətkarlar siyahısında

Azərbaycanlı qadın Türkiyədə ən çox axtarılan cinayətkarlar siyahısında

Məmmədovanın adı mavi siyahıdadır.

Türkiyənin Daxili İşlər Nazirliyi axtarışda olan terroristlərin siyahısının yer aldığı internet sayt hazırlayıb, bu barədə ucarliyiq.biz hurriyet.com.tr-a istinadən xəbər verir.

Verilən məlumata əsasən, saytda terroristlər vaciblik dərəcəsinə müxtəlif rənglərdə olan siyahılara yerləşdiriliblər.

Saytda Fəthullah Gülən, Cəmil Bayık, Murat Karayılan kimi ən təhlikəli terroristlər qırmızı siyahıda yerləşdiriliblər.

Polis tərəfindən canlı bomba qismində istifadə ediləcəyi şübhəli bilinərək axtarılan İŞİD terroristlərinin adları isə mavi siyasıda yer alıb.

Mavi siyahıya Azərbaycan vətəndaşı Ülkər Məmmədova da daxil edilib.