» » Nikahda olmaq əməliyyatlardan sonra sağ qalmaq şansını artırır

Nikahda olmaq əməliyyatlardan sonra sağ qalmaq şansını artırır

Nikahda olmaq əməliyyatlardan sonra sağ qalmaq şansını artırır

Tədqiqat yaşlı insanlar arasında aparılıb.

Amerika həkimlərinin fikrincə, nikahda olan xəstələrdən fərqli olaraq, dul qalmış və boşanmış xəstələrdə ürək əməliyyatından sonra ölmək və ya yeni bir xəstəlik tapmaq şansı daha çoxdur, tədqiqatın nəticələri JAMA Surgery jurnalında dərc edilib.

ucarliyiq.biz lenta.ru-ya istinadən xəbər verir ki, evli və ərdə olan xəstələr ciddi əməliyyatları daha yüngül keçirirlər. Yeni tədqiqatın müəllifləri ailə vəziyyətinin əməliyyatdan sonrakı bərpa dövrünə və fəsadların inkişafına təsirini aydınlaşdırmaq qərarına gəliblər.  

Həkimlər 30 min xəstənin iştirak etdiyi ahıl insanlar arasında uzunillik (1998-ci ildən) tədqiqat aparıblar.

Alimlər son iki ildə ürəyində əməliyyat keçirilən 1576 iştirakçını seçiblər. Tədqiqatın keçirildiyi zaman xəstələrin 65%-i ailəli, 12%-i boşanmış, 21%-i dul, 2%-i isə heç zaman nikahda olmayanlar olub. Birinci qrupda kişilər üstünlük təşkil ediblər, onların vəziyyəti əməliyyatdan qabaq digərlərindən yaxşı olub.

Məlum olub ki, dul qalmış və boşanmış xəstələrdə ürək əməliyyatından sonra ölmək və ya yeni bir xəstəlik tapmaq şansı digərlərindən 40% daha çoxdur.

Alimlər ehtimal edirlər ki, bu, evli adamların yalnız psixi dayanıqlı olmağı ilə deyil, həm də əməliyyatdan sonra qohumlarının onlara xəstəxana və həkim seçməkdə göstərdikləri yardım ilə əlaqədardır.