» » İŞİD terrorçuları İraqda 13 jurnalisti qətlə yetiriblər

İŞİD terrorçuları İraqda 13 jurnalisti qətlə yetiriblər

İŞİD terrorçuları İraqda 13 jurnalisti qətlə yetiriblər

KİV-in 48 nümayəndəsindən 10-nun taleyi məlum deyil.

“İslam dövləti” (İŞİD) terror təşkilatının terrorçuları İraqda 13 jurnalisti öldürüblər.

ucarliyiq.biz TASS-a istinadən xəbər verir ki, bu barədə “Sərhədsiz müxbirlər” beynəlxalq təşkilatının yaydığı bəyanatda bildirilib.  

Söhbət ölkənin şimalında, 2014-cü ilin iyununda işğal edilmiş Mosul şəhərində islamçıların törətdikləri cinayətlərdən gedir.

“Sərhədsiz müxbirlər” qeyd edib ki, jurnalistlər və KİV-in digər işçiləri İŞİD-in bir nömrəli hədəflərindəndir.

Bəyanatda İŞİD yaraqlıları tərəfindən oğurlanmış KİV-in 48 nümayəndəsindən 10-nun taleyi hələ də məlum deyil.

“Terrorçular Mosulun tele və radio stansiyasını nəzarət altına alaraq, Şimali İraqın bu şəhərini qara informasiya nöqtəsinə döndəriblər”,- sənəddə vurğlanır.