» » Rusiyada azərbaycanlı mühaciri rüşvətə görə cərimə etdilər

Rusiyada azərbaycanlı mühaciri rüşvətə görə cərimə etdilər

Rusiyada azərbaycanlı mühaciri rüşvətə görə cərimə etdilər

O, polisə rüşvət verməyə cəhd edib.

Krasnoyarsk vilayətində Dudinski rayon məhkəməsi tərəfindən rüşvət verməkdə ittiham edilən Azərbaycan vətəndaşına qarşı hökm oxunub.

ucarliyiq.biz interfax-russia.ru-ya istinadən xəbər verir ki, bu barədə Qərbi-Sibir nəqliyyat pokurorluğundan bildiriblər.

Azərbaycanlı vəzifəli şəxsə rüşvət verməyə cəhddə təqsirli bilinib.

Məhkəmə qərara alıb ki, Dudinkaya gələn (Rusiya ərazisinə reqlament girişi ilə) xarici vətəndaş Taymır xətti polis şöbəsinin əməkdaşları tərəfindən administrativ protokolun tərtib edilməsi üçün saxlanılıb.

“Rusiya Federasiyası sərhədlərindən çıxarılmasını istəməyən xarici vətəndaş polisə 200 dollar məbləğində rüşvət təklif edib, amma hüquq-mühafizə orqanı əməkdaşı onun cinayətkar davranışının qarşısını alıb”, - məlumatda deyilir.

Məhkəmə rüşvət verməyə cəhd edən şəxsi 383 min 39 rubl (605 dollar) məbləğində cərimə edib, 200 dollar qismində əşyayi dəlil dövlət hesabına müsadirə edilib.