» » Ərdoğan: Moskva və Ankara arasında münaqişə yoxdur

Ərdoğan: Moskva və Ankara arasında münaqişə yoxdur

Ərdoğan: Moskva və Ankara arasında münaqişə yoxdur

“Türkiyə Suriyada sülh axtarışındadır”.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Moskva və Ankara arasında Suriya problemi üzrə fikir ayrılığı olduğunu bəyan edib, ucarliyiq.biz ria.ru-ya istinadən xəbər verir.

“Bizim ölkələrimiz arasında iqtisadi və strateji əməkdaşlıq barədə razılaşma yox, bəzi fikir ayrılıqları ola bilər, amma onları iki ölkə arasında münaqişə kimi qiymətləndirmək olmaz. Məsələn, biz onlara öz hava məkanımızı istifadə etməyə icazə verməyə bilərik. Onlar isə öz növbələrində bizim qərara hörmət etməlidirlər. Ona görə də Rusiya öz planlarını həyata keçirmək üçün digər hava məkanlarını seçib”, - Ərdoğan Kanal24-ün efirində bildirib.

O bəyan edib ki, Rusiya Federasiyası prezidenti Vladimir Putinə RF Hava-kosmik qüvvələrinin Suriyada əməliyyatlarda istifadəsinə dair narazılığını bildirib. Və əlavə edib ki, Suriya böhranı üzrə bir sıra, o cümlədən də Rusiya və Türkiyə XİN rəhbərləri səviyyəsində danışıqlar davam edir.

“Türkiyə Suriyada sülh axtarışındadır. Amma (prezident Bəşər) Əsəd ilə Suriyada sülhə nail olmaq olmaz. 360 min insanın ölümünə bais olan insanla danışığa getmək olmaz. Orada keçici hakimiyyət yaratmaq lazımdır. Cari danışıqların mövzusu məhz budur”, - Ərdoğan deyib.

Onun sözlərinə görə, beynəlxalq terrorizm ilə mübarizə G20 ölkələrinin liderlərinin noyabrda Antalyada keçiriləcək sammitinin əsas mövzusu olacaq.