» » Ermənilər İŞİD ilə müharibəyə yollana bilərlər

Ermənilər İŞİD ilə müharibəyə yollana bilərlər

Ermənilər İŞİD ilə müharibəyə yollana bilərlər

KTMT-nin əsası 1992-ci ilin may ayının 15-də qoyulub.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sülhməramlı qüvvələri yalnız təşkilatın üzv ölkələrində deyil, eləcə də BMT-nin qərarı ilə digər dövlətlərin ərazisində “sülhü dəstəkləmək üzrə” əməliyyatlara qoşula bilərlər.

Bu barədə KTMT-nin baş katibi Valeri Semerikov bildirib, ucarliyiq.biz Rusiya KİV-nə istinadən xəbər verir.

“Qərar qəbul edildiyi halda bizim sülhməramlı qüvvələrimiz həm KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının mandatı, həm də BMT-nin mandatı üzrə tapşırıqların həllinə hazırdır”, Semerikov jurnalistlərə təşkilatın koordinasiya iclası və Beynəlxalq Qırmızı Xaç Komitəsinin iclasından sonra bəyan edib.

O qeyd edib ki, KTMT-nin sülhməramlı qüvvələrin hazırlığı təlim-hərbi tapşırıqlar zamanı dəfələrlə yoxlanılıb.

Kollektiv Təhlükəsizlik barədə Müqavilə Təşkilatı (KTMT) beynəlxalq regional təşkilatdır, onun əsas məqsədləri sülhün, beynəlxalq və regional təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi, kollektiv əsasda üzv ölkələrin müstəqilliyinin, ərazi bütövlüyünün və suverenliyinin qorunmasıdır, bunlara nail olmaqda üzv ölkələr siyasi vasitələrə üstünlük verirlər. 

1992-ci ilin may ayının 15-də Ermənistan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistan Daşkənddə Kollektiv Təhlükəsizlik haqqında Müqavilə (KTM) imzalayıblar. 1993-cü ildə KTMT-yə Azərbaycan, Gürcüstan, Belarus qoşulub.

Sonradan Azərbaycan, Gürcüstan və Özbəkistan təşkilatın sıralarını tərk edib. 1994-cü ildə müqavilənin qüvvəyə mindiyi anda KTMT-nin 9 üzvü var idi, indi isə 6 üzvü var.