» » İraqda İŞİD-in zəbt etdiyi neft yataqlarının hamısı geri qaytarıb

İraqda İŞİD-in zəbt etdiyi neft yataqlarının hamısı geri qaytarıb

İraqda İŞİD-in zəbt etdiyi neft yataqlarının hamısı geri qaytarıb

Səllah əd-Din əyaləti İŞİD silahlılarından azad edilib.

İraq höküməti İŞİD terror qruplaşmasının zəbt etdiyi neft yataqlarının, demək olar ki, hamısını geri qaytarıb.

ucarliyiq.biz-ın xarici KİV-ə istinadən məlumatına görə, bunu İraqın Neft Nazirliyinin nümayəndəsi Assem Cihad deyib.

Assem Cihad İŞİD silahlılarından Səllah əd-Din əyalətinin azad edildiyini bildirib. Onun sözlərin görə, hazırda terror qruplaşmaları yalnız Naynava əyalətində az sayda neft yataqlarına nəzarət edir
 
İraqın Neft Nazirliyinin nümayəndəsinin sözlərinə görə, İŞİD özü Naynava əyalətindəki neft yataqlarının işlətməkdə çətinlik çəkir, çünki bunun üçün xüsusi texniki təcrübə tələb olunur.   
 
Assem Cihad İŞİD-in bundan əvvəl böyük neft ehtiyatlarını nəzarətə aldığını vurğulayıb: “Biz konkret rəqəmlər açıqlamaqda çətinlik çəkirik, söhbət milyardlarla dollardan gedir”.