» » Türkiyə Azərbaycan ərazilərinin işğaldan azad olunması üçün hər şey edəcək

Türkiyə Azərbaycan ərazilərinin işğaldan azad olunması üçün hər şey edəcək

Türkiyə Azərbaycan ərazilərinin işğaldan azad olunması üçün hər şey edəcək

“Hər şey çox gözəl olacaq”.

Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunması üçün lazım olan hər şey ediləcək, bunu Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı Hulusi Akar APA-nın Türkiyə müxbirinə bildirib.

ucarliyiq.biz-ın verdiyi məlumata görə, qərargah rəisi bildirib ki, Türkiyə ilə Azərbaycan bir millət, iki dövlətdir.

“Torpaqlarımızın 20%-i hələ də erməni işğalı altındadır. Torpaqların işğaldan azad edilməsi üçün Türkiyə ilə Azərbaycan müştərək addımlar atacaqmı” sualını H. Akar belə cavablandırıb:

“Hər şey çox gözəl olacaq. Buna əmin olun. Əlimizdən nə gəlirsə, mütləq edəcəyik”.