» » Rusiyada səlahiyyətlərini aşan həbsxana rəisinin müavini cəzalandırıldı

Rusiyada səlahiyyətlərini aşan həbsxana rəisinin müavini cəzalandırıldı

Rusiyada səlahiyyətlərini aşan həbsxana rəisinin müavini cəzalandırıldı

O, azərbaycanlını döydürüb.

Novosibirskin Dzerjinsk rayon məhkəməsi 1 saylı istintaq təcridxanasının 41 yaşlı sabiq rəis müavini Nikolay Naboka dair hökm çıxarıb, o, səlahiyyətlərini aşmaqda ittiham edilib. 

ucarliyiq.biz interfax-russia.ru-ya istinadən xəbər verir ki, bu barədə region prokurorluğu məlumat yayıb.

“O, vəzifə səlahiyyətlərini aşmaqda, yəni vəzifəli şəxsin öz səlahiyyət sərhədlərini aşaraq ağır nəticələrə səbəb olan qayda pozuntularına yol verməkdə və bu pozuntuların vətəndaşın qanuni maraqlarını və dövlətin qanunla qorunan maraqlarını pozmaqda ittiham edilir”, - məlumatda deyilir.

Məhkəmə müəyyən edib ki, Rusiyanın Novosibirsk vilayətinin 1 saylı İstintaq təcrdixanasının rəis müavini N.Nabok keçən ilin sentyabr ayında öz səlahiyyətlərini aşıb.   

İstintaqın versiyasına görə, keçən ilin sentyabr ayında təcridxana işçiləri müxtəlif kameralardan doqquz məhkumu Kənan Cəlilovun yanına gətirib və onları bir neçə dəqiqəlik yalnız qoyublar. Bunun nəticəsində o, çoxsaylı bədən xəsarətləri alıb. İşin materiallarına müvafiq olaraq məhkumlara Cəlilovu döymələri barədə göstərişi İstintaq təcridxanasının rəis müavini verib.

Müttəhim ilə 2014-cü ilin noyabr ayında məhkəmə öncəsi razılaşma əldə edilib. Müttəhim törətdiyi əməli etiraf edib.

Məhkəmə dövlət ittihamçısının hüquqi mövqeyini nəzərə alaraq N.Naboku təqsirkar bilib və ona üç il azadlıqdan məhrum etmə, 1 il 6 ay ərzində hüquq-mühafizə orqanlarında vəzifə tutmaqdan məhrum etmə cəzası təyin edib.

O, cəzasını ümumi rejimli islah koloniyasında çəkəcək.

Xəbər verildiyi kimi bu məhkəməyə Novosibirskin 1 saylı İstintaq təcridxanasının sabiq rəisi Ruslan Robakidzenin də işi verilib, o işçisinin cinayətini gizlətməkdə ittiham edilir.

Hadisədən sonra R.Robakidze və N.Nabok öz vəzifələrindən məhrum olunublar və vəzifədən sui-istifadə və səlahiyyətlərini aşmaq üzrə cinayət işlərinin fiqurantına çevriliblər.

Novosibirsk vilayət məhkəməsi cari ilin yayında Azərbaycandan olan bandanın tərkibində fəaliyyət göstərən K.Cəlilovu banditizmdə, sui-qəsddə, silahın qanunsuz saxlanılması və dövriyyəsində, eləcə də qarətdə təqsirkar bilib.

K.Cəlilova dair cinayət işi səhhəti ilə əlaqədar olaraq xüsusi icraata verilib, məhkəmə onu cəzadan azad edərək məcburi müalicəyə göndərib.

2010-2011-ci illərdə Novosibirsk vilayətində fəaliyyət göstərən bandanın qalan doqquz üzvünə 2014-cü ilin dekabrında hökm çıxarılıb.