» » Yaponlar zökəmdən bir günə can qurtarmağın yolunu tapdılar

Yaponlar zökəmdən bir günə can qurtarmağın yolunu tapdılar

Yaponlar zökəmdən bir günə can qurtarmağın yolunu tapdılar

Preparat virusa fermentlərin daxil olmasının qarşısını alır.

Bir günə zökəmi müalicə etmək qabiliyyətinə malik olan dərman Yaponiyada ilk kliniki sınaqlardan keçib və öz səmərəliliyini göstərib, RİA Novosti Nikkei qəzetində dərc olunmuş xəbərə istinadən məlumat yayıb.

ucarliyiq.biz xəbər verir ki, preparat virusa onun çoxalması üçün labüd olan fermentlərin daxil olmasının qarşısını alır.

Bunun sayəsində tam sağalmaq üçün dərmanı yalnız bir sutka ərzində istifadə etmək kifayətdir.

Eksperimental tətbiqin ikinci mərhələsi noyabr ayında planlaşdırılır. Məhz bu dövrdə zökəmə yoluxma sayı kəskin şəkildə artır. Preparatı yüzlərlə insan üzərində sınayacaqlar.

Yaponiyanın Səhiyyə Nazirliyi preparatın səmərəliliyinin və təhlükəsizliyinin təsdiqlənməsindən sonra dərmanın lazımi lisenziyalaşdırma prosedurunu həyata keçirəcək. Nəticədə yeni vasitənin satışı 2018-ci ildə gözlənilir.