» » Çindən ABŞ-a müharibə xəbərdarlığı

Çindən ABŞ-a müharibə xəbərdarlığı

Çindən ABŞ-a müharibə xəbərdarlığı

“ABŞ-ın fəaliyyəti təhrikedici və təhlükəlidir”.

Çin Xalq Respublikasının Hərbi-dəniz qüvvələrinin admiralı U Şenli telekonfrans çərçivəsində cənubi Çin dənizində ən kiçik bir səbəbdən müharibənin başlaya biləcəyinə dair ABŞ admiralı Con Riçardsona xəbərdarlıq edib, bu barədə Reuters məlumat yayıb.

ucarliyiq.biz xəbər verir ki, Şenli ABŞ-ın cənubi Çin dənizində fəaliyyətini təhrikedici və təhlükəli adlandırıb və ən mənasız bir hadisənin hərbi əməliyyatların başlanmasına səbəb olacağı barədə xəbərdarlıq edib.  

O, amerikan taktikasını hadisələrin nəzarətdən kənar inkişaf etməsi riskini artıran taktika adlandırıb.