» » Böyük Britaniya meqa-məscidin tikilməsinə qadağa qoydu

Böyük Britaniya meqa-məscidin tikilməsinə qadağa qoydu

Böyük Britaniya meqa-məscidin tikilməsinə qadağa qoydu

“Bina infrastrukturu pozacaq”.

Böyük Britaniya hökuməti Şərqi Londonda inşa edilməsinə dair on ildən çoxdur ki, mübahisə gedən iri məscidin tikilməsini qadağan edib.

ucarliyiq.biz lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə Evening Standard qəzeti yazıb.

“Nazirlər bu gün Londonun Nyuem dairəsində məscidin inşasına dair apellyasiya şikayətini təmin etməyiblər”, - Britaniya hökumətinin nümayəndəsi bildirib.

Məbədin ucaldılmasına etirazın səbəbini binanın rayon infrastrukturunu pozacağı və yeni yaşayış evlərinin tikilməsini mümkünsüz edəcəyi ilə izah ediblər.

Abbey Mills Mosque məscidini Londonun Nyuem dairəsində Britaniya paytaxtının şərqində tikmək planlaşdırılırdı. “Tablighi Jamaat” müsəlman hərəkatı on ildir ki, onun tikilməsinə nail olmağa çalışır.

KİV-də yeni memarlıq obyekti, yarım rəsmi olan meqa-məscid adını almışdı. Məscid eyni zamanda 11 mindən çox adamın namaz qılması üçün nəzərdə tutulmuşdu.

2012-ci ildə rayon bələdiyyəsi layihənin həyata keçirilməsinə etiraz etdikdən sonra, hökumətə dəstək üçün müraciət edilib.