» » Prezident təyyarədə qızı ölümdən xilas etdi

Prezident təyyarədə qızı ölümdən xilas etdi

Prezident təyyarədə qızı ölümdən xilas etdi

“Əgər biz yardım etməsəydik, qızın halı necə olacaqdı bilmirəm”.

İxtisasca həkim olan Uruqvay prezidenti Tabare Vaskes transatlantik uçuş zamanı ağır allergik reaksiyası olan 17 yaşlı fransız qıza ilkin tibbi yardım göstərib.

ucarliyiq.biz xəbər verir ki, bu barədə The Telegraph məlumat yayıb.

Hadisə oktyabrın 26-da bazar ertəsi Vaskes Fransaya rəsmi səfərə getdiyi zaman baş verib. Qız isə Buenos-Ayresdən xokkey turnirindən qayıdırdı. 

O, qəlyənaltı etdikdən sonra özünü pis hiss edib, belə ki, yeməkdə onun allergiyası olan yerfındığı olub.

Qızının nəfəs almadığını görən ana yardım çağırıb. Təyyarə komandiri sərnişinlər arasında həkim olub-olmadığını soruşub.

Bu zaman 75 yaşlı Vaskes qıza kömək edib. Şəxsi həkimi Mario Selarayan ilə bərabər o, qızı sakitləşdirib, ona dərman verib və venadaxili iynə vurub. Həkimlər onun vəziyyətini sabitləşdirməyə müvəffəq olublar və təcili eniş etmək lazım gəlməyib.

“Sadə dil ilə desək, boğaz tamamən tutulmuşdu”, - Selarayan bildirib.

Onun sözlərinə görə, vəziyyət çox ciddi idi.

“Əgər biz yardım etməsəydik, qızın halı necə olacaqdı bilmirəm”, - həkim əlavə edib.

Selarayan Vaskesin artıq üçüncü dəfədir ki, tibbi yardım göstərdiyini deyib. İlk dəfə bu Asiyaya uçan zaman baş verib. İkinci dəfə isə astma tutması olan amerikalı qadına yardım edib.

Vaskes sol qüvvələrin koalisiyasının nümayəndəsidir. O, 2005-2010-cu illərdə Uruqvay prezidenti postunu tutub.

Növbəti prezident Xose Muxika olub, o da sol qüvvələrin nümayəndəsi idi. 2014-cü ildə Vaskes yenidən prezident seçilib. Uruqvay Konstitusiyasına görə, ardıcıl olaraq iki dəfə prezident olmaq qadağandır.  

Vaskes Uruqvay Universitetinin Tibb fakültəsini ankologiya ixtisası üzrə bitirib. Fransız hökumətinin ayırdığı qrant əsasında o, Parisdə Qüstav Russi Onkoloji universitetində əlavə təhsil alıb.