» » Gürcüstanda Saakaşvilini dövlət çevrilişinə cəhddə ittiham edirlər

Gürcüstanda Saakaşvilini dövlət çevrilişinə cəhddə ittiham edirlər

Gürcüstanda Saakaşvilini dövlət çevrilişinə cəhddə ittiham edirlər

İstintaq çərçivəsində materialların mənbəyi müəyyənləşdiriləcək.

Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti (DTX) “zorakılıq yolu ilə çevriliş və ya ölkədə hakimiyyətin zəbt edilməsinə qəsd” işi üzrə aparılan istintaqda hüquqi yardımın göstərilməsi üçün Ukraynanın müvafiq orqanlarına müraciət edib.

ucarliyiq.biz TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Tbilisidə respublikanın DTX-nin rəis müavini Levan İzoriya bildirib.

O, dəqiqləşdirib ki, söhbət bu ərəfədə xarici KİV tərəfindən açıqlanan Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin “Vahid milli hərəkat” partiyasının liderlərindən biri Gigi Bokeri və “Rustavi-2” telekanalının baş direktoru Nikoloza Qvaramiya ilə telefon danışığından gedir.

Yazıda sabiq prezident Qvaramiyaya “Rustavi-2”nin girişində içəri xüsusi xidmətlərin daxil olmasının qarşısını almaq üçün barrikada qurmağı məsləhət görür. Saakaşvili Qvaramiyanı inqilab ssenarisi üzrə işləməyə, hakimiyyətə fiziki güc tətbiq etməyə, dəmir konstruksiyalardan istifadə etməyə, onları müdafiə edəcək yaraqlıları tapmağa çağırır.

DTX-nin rəis müavininin sözlərinə görə, sui-qəsdin istintaqı çərçivəsində KİV-də yayılmış materialın mənbəyi və etibarlılığı araşdırılacaq, mövcud məlumatın yoxlanılması üçün bütün lazımi istintaq tədbirləri həyata keçiriləcək.

Bununla əlaqədar DTX artıq Ukraynanın müvafiq orqanlarına lazımi məlumatın alınmasında hüquqi yardımın göstərilməsinə dair xahişlə müraciət edib”, - İzoriya bildirib.