» » Blatter: 2018-ci il Dünya Çempionatı Rusiyaya satılıb

Blatter: 2018-ci il Dünya Çempionatı Rusiyaya satılıb

Blatter: 2018-ci il Dünya Çempionatı Rusiyaya satılıb

“Bu, pərdəarxası qərar idi, hər hansı müşavirə olmayıb”.

Futbol üzrə 2018-ci il Dünya Çempionatına ev sahibliyi etmək hüququ Rusiyaya, FİFA ali rəhbərliyində səsvermənin nəticələrini saxtalaşdırmağı da nəzərdə tutan gizli razılaşma nəticəsində verilib.

ucarliyiq.biz rbc.ru-ya istinadən xəbər verir ki, bu barədə FİFA prezidenti vəzifəsindən 90 gün müddətinə kənarlaşdırılan Yozef Blatter Britaniyanın “The Financial Times” qəzetinə müsahibəsində deyib.

“Razılaşdırılan və yazılı olmayan qərar onu nəzərdə tuturdu ki, səsvermə nəticəsində biz iki nəhəng dövləti – Rusiya və ABŞ-ı seçəcəyik”, - Blatter deyib.

Rusiya 2018-ci il futbol üzrə Dünya çempionatına ev sahibliyi etməyə namizəd idi və sonda bu hüququ qazandı, ABŞ 2022-ci il Dünya çempionatına ev sahibliyi etmək arzusunda olub, lakin səsvermədə Qətərə uduzub. 

Gizli razılıq barədə qərarın FİFA-nın İcraiyyə Komitəsinin bütün üzvləri tərəfindən qəbul edilib-edilmədiyi haqda sualı cavablandıran Blatterin sözlərinə görə, qərarı İK qəbul etməyib:

“Bu, pərdəarxası qərar idi, hər hansı müşavirə olmayıb”.

Y.Blatterin sözlərinə görə, UEFA prezidenti Mişel Platini öz səsini Qətərə verərək 2022-ci il Dünya çempionatı ilə bağlı razılaşmanı pozub və bununla da ABŞ-ın qəzəbinə səbəb olub.

Y.Blatter daha öncə Dünya çempionatlarının ev sahibliyi uğrunda mübarizəni uduzan dövlətləri FİFA-nı parçalamaq kampaniyası aparmaqda ittiham etmişdi. 

Oktyabrın əvvəlində FİFA-nın etika üzrə komitəsinin qərarı ilə Blatter vəzifəsindən 90 gün müddətinə kənarlaşdırılıb.