» » Rusiyada azərbaycanlı narko-diller taksi sürücüsü kimi maskalanırdı

Rusiyada azərbaycanlı narko-diller taksi sürücüsü kimi maskalanırdı

Rusiyada azərbaycanlı narko-diller taksi sürücüsü kimi maskalanırdı

Banda üzvlərini 20 il azadlıqdan məhrumetmə cəzası gözləyir.

Rusiyanın Federal Narkotiklərə Nəzarət Xidmətinin (FNNX) İdarəsinin əməkdaşları tərəfindən Voronej vilayətində Ostroqojsk və Rossoşi bələdiyyə rayonlarında heroinin tədarükü və satışı ilə məşğul olan cinayətkar qrup zərərsizləşdirilib, communa.ru məlumat yayıb.

ucarliyiq.biz xəbər verir ki, qrupa iki kişi və bir qadın daxil olub. “Biznes”in 32 yaşlı təşkilatçısı cinayətkar fəaliyyətə özünün 27 yaşlı sevgilisini və əslən Azərbaycandan olan 24 yaşlı tanışını da cəlb edib.

Təhlükəli işi kişilər həyata keçirirdilər. Qrup lideri kuryer vəzifəsini öz üzərinə götürüb, narkotiki öz avtomobilində Moskvadan gətirib.

Daha öncə fiqurantlar bir neçə il ərzində qanunsuz sərnişindaşıma ilə məşğul olublar. Onların daimi fəaliyyət göstərdikləri ərazi Rossoşi və Ostroqojsk olub. Şəxsi maşınlarını taksi kimi işlədərək sərnişindaşıma adı altında heroin satışı ilə məşğul olublar.

Qadının işi isə heroinə müxtəlif orqanik qatışıqlar əlavə etmək və 1 qramdan 5 qrama qədər bağlamalar hazırlamaqdan ibarət idi.

Qrupun cinayətkar fəaliyyətini sübut edən dəlillər narkopolislər tərəfindən toplanıb. Onlar kuryerin növbəti partiyanı apardığını biləndə onu saxlamaq qərarına gəliblər. Baxış zamanı sərnişin oturacağının altında 500 qramdan çox heroin və travmatik tapança tapılıb.

Şübhəli bilinən şəxslərin mənzillərinin axtarışı zamanı narkotik aşkar edilib. Eləcə də bir neçə sim və bank kartı, elektron tərəzi və narkodillerlərin öz işlərinin hesabatını apardıqları bloknot aşkar edilib. Bu qeydlər onların qanunsuz fəaliyyətinin təkzibedilməz sübutu olacaq.

Ümumilikdə müsadirə edilən narkotikin çəkisi 700 qramdan çox olub.

Hal-hazırda saxlanılan kişilər İstintaq təcridxanasındadırlar. Qadından heç yerə getməmək barədə iltizam alınıb.

Banda üzvlərini 20 il azadlıqdan məhrumetmə cəzası gözləyir.