» » ABŞ-da zombi-apokalipsisdən qorunmaq üçün ən yaxşı şəhərlər seçilib

ABŞ-da zombi-apokalipsisdən qorunmaq üçün ən yaxşı şəhərlər seçilib

ABŞ-da zombi-apokalipsisdən qorunmaq üçün ən yaxşı şəhərlər seçilib

Zombilər virusa görə ayağa qalxacaqlar.

Boston zombilərdən qorunmaq üçün ən yaxşı Amerika şəhəri seçilib, bu barədə CareerBuilder və EMSI-in araşdırmasına istinadən Fortune məlumat yayıb.  

ucarliyiq.biz xəbər verir ki, Zombie Apocalypse Index reytinqinə ABŞ-ın əlli iri yaşayış məntəqəsi düşüb.

Ekspertlər zombilərin virusa görə ayağa qalxacaqlarını ehtimal edirlər. Siyahını tərtib edərkən mütəxəssislər səkkiz müxtəlif amili nəzərə alıblar.

Əsasən onlar şəhərin virusdan nə dərəcədə müdafiə və müalicə oluna biləcəyini, epidemiya zamanı orada ərzaq məhsullarının yetərli olacağını, və ssenarinin inkişaf edəcəyi ən pis halda yaşayış məntəqəsinin zombi hücumuna tab gətirə biləcəyini öyrəniblər.

Birinci yer Bostona, ikinci Solt-Leyk-Siti, üçüncü Kolumbusa verilib. Daha sonra Baltimor, Virciniya-Biç, Sietl San-Dieqo, Kanzas-Siti, Denver və İndianapolis gəlir.

Nyu-York, Tampa və Los-Anceles zombi-apokalipsislərdən müdafiəyə az şansı olan şəhərlərdir.