» » Mutko: Rusiyanın DÇ-2018-ə ev sahibliyi etməsi ilə bağlı sövdələşmə aparmayıb

Mutko: Rusiyanın DÇ-2018-ə ev sahibliyi etməsi ilə bağlı sövdələşmə aparmayıb

Mutko: Rusiyanın DÇ-2018-ə ev sahibliyi etməsi ilə bağlı sövdələşmə aparmayıb

“Özümüz özümüzə problem yaradırıq”.

Rusiyanın FİFA ilə DÇ-2018-ə ev sahibliyi etməsi ilə bağlı sövdələşmə aparmayıb.

ucarliyiq.biz xəbər verir ki, bu barədə Rusiya Federasiyasının idman naziri Vitali Mutko bəyan edib.

Cümə günü FİFA-nın rəhbəri Yozef Blatterin 2018 və 2022-ci il çempionatlarının ev sahibliyinin “iki fövqəl dövlətə” – Rusiya və ABŞ-a verilməsi barədə “centlmen razılaşması”nın olduğunu bildirdiyi müsahibəsi Financial Times-da çıxıb.

Amma səsverməyə bir həftə qalmış UEFA rəhbəri Mişel Platini öz qərarını dəyişdi, ona görə də 2022-ci il Dünya çempionatının ev sahibi Qətər oldu.

“Özümüz özümüzə problem yaradırıq. Yanlış ifadələr, yanlış suallar... Hər kəs bu müsahibəyə çempionata ev sahibliyi hüququ kontekstində istədiyi anlamı verir. İngilis mətbuatı özündən çıxıb, bu gün Futbol Federasiyasının prezidenti çıxış edib. Bu müsahibəni tərcümə ediblər, onun dediyi və ya demədiyi kimi. Bunu elə təqdim edirlər, guya ki, sövdələşmə olub. Rəsmən deyirəm, heç bir razılaşma olmayıb”- Mutko jurnalistlərə deyib.

“Mən təkcə özümlə razılığa gəlmişəm - bir səs. Bütün təfərrüatları danışmaq istəmirəm. Onlar uduzdular, onların razılaşmaları var idi. Bu çarxi təkrar işə salmaq istəmirəm. Biz bir qrup ölkədə minus yeddi səslə gedirdik, çünki yarısı ingilis dilli, yarısı isə ispan dilli idi. 

Və biz elə bil mazğala hücuma gedirdik. Razılaşma barədə isə yalan deyirlər. Razılaşma yoxdur, olmayıb, olmayacaq da. Siz ki, Qərbi tanıyırsız, onlara sərf edəndə hamının Rusiya ilə dost olduğunu deyirlər, sərf etməyəndə isə bizim dostlarımızn yalnız İran və Suriya olduğunu söyləyirlər. Onlar üçün əsas odur ki, hamının bizə dost olduğunu deyib, sövdələşmədə ittiham etsinlər”, - Mutko əlavə edib.