» » ABŞ Suriyaya xüsusi təyinatlılarını göndərir

ABŞ Suriyaya xüsusi təyinatlılarını göndərir

ABŞ Suriyaya xüsusi təyinatlılarını göndərir

Bu Amerikanın Suriyada ilk rəsmi quru əməliyyatıdır.

ABŞ prezidenti Barak Obama Suriyanın şimalında Amerika xüsusi təyinatlılarının yerləşdirilməsinə razılıq verib.

ucarliyiq.biz Associated Press-ə istinadən xəbər verir ki, Obamanın göstərişinə əsasən söhbət 50 xüsusi təyinatlıdan ibarət kiçik bir qrupdan gedir.

Qeyd edək ki, bu ABŞ-ın Suriyada ilk rəsmi quru əməliyyatıdır.

Həmçinin bildirilir ki, rəsmi Vaşinqton Türkiyədəki İncirlik hərbi bazasına F-15 qırıcıları və A-10 hücum təyyərələri də daxil əlavə olmaqla aviasiya qüvvələri göndərir.