» » Rusiya “Topol”, “Kalibr” və “İskander” komplekslərindən atəş açdı

Rusiya “Topol”, “Kalibr” və “İskander” komplekslərindən atəş açdı

Rusiya “Topol”, “Kalibr” və “İskander” komplekslərindən atəş açdı

Yoxlamada Xəzər donanmasının hərbi hissələri iştirak edirdilər.

Rusiya Federasiyası Silahlı qüvvələrinin idarə sistemlərinin yoxlanılması planı üzrə təlim keçirilib, təlimin gedişatında müxtəlif təyinatlı raketlər atılıb.

ucarliyiq.biz xəbər verir ki, bu barədə RF Müdafiə Nazirliyi məlumat yayıb.

“Təlim zamanı hərbi-təlim əmrlərin və siqnalların şaquli istiqamətdə RF-nın Milli müdafiənin idarəsi Mərkəzindən birləşmələrin və hərbi hissələr daxil olmaqla bütün komanda məntəqələrinə qədər ötürülmə etibarlılığı yoxlanılıb”, - məlumatda deyilir.

Yoxlamada Şimali və Sakit Okean donanmalarının, Xəzər donanmasının, eləcə də Dalni aviasiyasının strateji təyinatlı raket qoşunlarının (STRQ) hərbi hissələri iştirak edib.

STRQ Plesetsk kosmodromundan “Topol” ballistik raketinin qitələrarası buraxılışını həyata keçiriblər.  

“İskander” əməliyyat-taktiki kompleksi “Kapursin Yar” poliqonundakı hədəfə qanadlı raket ilə zərbə endirib.