» » Azərbaycan Qarabağ məsələsində Rus Pravoslav Kilsəsinin yardımına ümid edir

Azərbaycan Qarabağ məsələsində Rus Pravoslav Kilsəsinin yardımına ümid edir

Azərbaycan Qarabağ məsələsində Rus Pravoslav Kilsəsinin yardımına ümid edir

“Bizim birgə səylərimiz gələcəkdə öz bəhrəsini verəcək”.

ucarliyiq.biz xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəhbəri şeyxülislam Allahşükür Paşazadə Moskva patriarxı Kirill ilə görüşün gedişatında bildirib.

“Siz Qarabağ probleminin dinc yol ilə həllində yardım edənlərin ilk sıralarındasız. Bu məsələdə sizin rolunuza ümid edirəm və inanıram ki, bizim birgə səylərimiz gələcəkdə öz bəhrəsini verəcək”, - QMİ sədri bildirib.

Paşazadə xatırladıb ki, Azərbaycanda indi münaqişə zonasından gələn milyondan artıq qaçqın yaşayır.

Onun sözlərinə görə, bu problemin həlli yalnız dinc yol ilə mümkündür.

“Rus kilsəsi hər zaman sülhməramlı mövqedən çıxış edir və müsəlmanlar və digər dinlərin nümayəndələri ilə həm Rusiya, həm MDB-də - hər yerdə, məşəqqət içində olan Yaxın Şərqdə də sülhün möhkəmlənməsi və qorunması üçün əlindən gələn hər şeyi edir. Onun (sülhün) pozulduğu yerdə isə onun bərpasına vasitəçilik edir”, - patriarx Kirill cavab olaraq deyib.

Rus Pravoslav Kilsəsinin başçısı həmçinin indi dünyada baş verən faciələrin “xristianlar və müsəlmanlar arasında əsrlər boyu mehriban münasibət ənənələrini pozmayacağına” ümid etdiyini bildirib.