» » KİV Misirdə Rusiya təyyarəsinin qəzası barədə məlumat yaydı

KİV Misirdə Rusiya təyyarəsinin qəzası barədə məlumat yaydı

KİV Misirdə Rusiya təyyarəsinin qəzası barədə məlumat yaydı

Airbus-un göyərtəsində 212 sərnişin olub.

Misirin Sinaysk yarımadasının mərkəzi hissəsində mülki təyyarə qəzaya uğrayıb.

Sky News Arabia telekanalının məlumatına əsasən, söhbət 200-ə yaxın sərnişinin uçduğu Rusiya təyyarəsindən gedir.

Qeyd olunur ki, təyyarə sərnişinlərinin əksəriyyəti Rusiya vətəndaşları olub. Misir rəhbərliyi laynerin axtarışını aparır.

Rusiya aviasiyasında olan mənbənin RİA Novosti agentliyinə verdiyi məlumata əsasən, “Koqalımavia”nın (MetroJet) məlumatına görə, Şarm-əl-Şeyxdən Sankt-Peterburqa uçan təyyarə havaya qalxdıqdan 23 dəqiqə sonra Larnaki ərazisində radarların ekranından itib.

Reuters-in məlumatına görə, laynerdə 212 sərnişin olub, onların əksəriyyəti rusiyalı turistlər olub. Agentliyin Misirin hüquq-mühafizə orqanlarındakı mənbəyi təyyarənin itkin düşdüyünü bildirib.