» » Buxarestdə gecə klubunda partlayış: Ölənlər var - FOTO

Buxarestdə gecə klubunda partlayış: Ölənlər var - FOTO

Buxarestdə gecə klubunda partlayış: Ölənlər var - FOTO

Çoxu sıxlıqda boğulub.

Rumıniyanın paytaxtı Buxarestdə gecə klubunda partlayış olub. Hadisə nəticəsində ən azı 27 nəfər ölüb, 150 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb, lenta.ru BNO News-a istinadən məlumat yayıb.

ucarliyiq.biz xəbər verir ki, şəhərdə qırmızı şifrə ilə fövqəladə hal elan edilib.

Hadisə oktyabrın 30-da “Goodbye to Gravity” pulsuz rok-konsertin keçirildiyi “Colectiv” klubunda baş verib.

Hadisə zamanı klubda 400 nəfər olub. İlkin məlumata əsasən partlayışa səbəb pirotexnikanın istifadəsi olub. Çıxış zamanı atılan fişəng tavana dəyərək elektrik texnikasının üzərinə düşüb, nəticədə partlayış baş verib və yanğın başlayıb. Tamaşaçılar çaşqınlıq içində klubu tərk ediblər. Sıxlıq yaranıb. İnsanlar xəsarət alıb, çoxu sıxlıqda boğulub. Klubun işləmək üçün icazəsi olmadığı qeyd edilir.

Hadisə yerinə onlarla təcili yardım maşını gəlib.

“Hal-hazırda 27 nəfərin cəsədi aşkar edilib”, - Rumıniyanın baş naziri Qabriel Oprea qeyd edib. Daxili işlər nazirinin müavini Raid Arafatın sözlərinə görə, həlak olanların sayı arta bilər.  

Yerli KİV xəstələrin çoxunun ağır vəziyyətdə olduğu barədə məlumat yayıb.

“Bu, 18-25 yaş arası gənclərdir. İnsanlarda yanıq xəsarətlərinin səviyyəsi 70-80 faizə çatır. Xəsarət alanların vəziyyəti stabil ağırdır. Təəssüf ki, qurbanların sayının artacağını deyə bilərik”, tibbi müəssisədə bildiriblər.

Rumıniya prezidenti Klaus Yoxannis partlayış nəticəsində həlak olan və yaralananların ailəsinə səbir diləyib, Antenna 3 telekanalı məlumat yayıb.

“Bu, hamımız üçün, xalqımız və şəxsən mənim üçün çox kədərli məqamdır”, - Yoxannis deyib.

Onun sözlərinə görə, xilasetmə əməliyyatına cəlb edilənlərin hamısı tam dəstəyi və lazımi yardımı təmin edəcəklər.