» » "Jurnalistin ölümünün baiskarları mütləq cəzalarını alacaqlar" - Əflatun Amaşov

"Jurnalistin ölümünün baiskarları mütləq cəzalarını alacaqlar" - Əflatun Amaşov

"Jurnalistin ölümünün baiskarları mütləq cəzalarını alacaqlar" - Əflatun Amaşov
“Jurnalist Rasim Əliyevin döyülərək dünyasını dəyişməsinin baiskarları mütləq surətdə cəzalarını alacaqlar. Bunun yaxın günlərdə şahidi olacağıq. Həmin istiqamətdə müvafiq qurumlara göstərişlər verilib. Jurnalistin ölümündə təqsiri olanların tapılması ölkə rəhbərinin şəxsi nəzarəti altında davam etdirilir”.

Ucarliyiq.biz xəbər verir ki, bunu APA-ya Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib. Ə. Amaşov bildirib ki, Mətbuat Şurası Azərbaycan prezidenti İlham Əliyevin jurnalist R. Əliyevin ölümü ilə bağlı məsələyə yanaşmasını yüksək qiymətləndirib:

“Bu, ölkədə demokratik cəmiyyətin təməl prinsiplərindən olan söz və mətbuat azadlıqlarının qorunmasına, medianın normal fəaliyyətinə dövlət səviyyəsində diqqət nümunəsi kimi dəyərləndirilməlidir”.

Şura sədri qeyd edib ki, Azərbaycan prezidentinin məsələyə münasibəti həm də cəmiyyəti azad sözə, plüralist fikrə daha diqqətli, həssas və dözümlü olmağa çağırışdır:

“Vəzifəsindən, peşəsindən, mövqeyindən asılı olmayaraq bu prinsipin qorunması hər bir şəxsin ümdə vəzifəsi olmalıdır. Cənab prezident bununla bir daha göstərdi ki, jurnalistlərin yaxın dostudur və həmişə, hər zaman həmkarlarımızın yanındadır”.

Mənbə: </span