» » Rusiya Nəqliyyat Nazirliyi: Təyyarəmizi İŞİD vurmayıb

Rusiya Nəqliyyat Nazirliyi: Təyyarəmizi İŞİD vurmayıb

Rusiya Nəqliyyat Nazirliyi: Təyyarəmizi İŞİD vurmayıb

"İndi mətbuatda müxtəlif məlumatlar yayılır".

Rusiya Nəqliyyat Nazirliyi bu ölkəyə məxsus təyyarənin guya terrorçular tərəfindən buraxılmış zenit raketi ilə vurulduqdan sonra qəzaya uğraması barədə mətbuatda yayılan məlumatları təkzib edir.

ucarliyiq.biz-ın məlumatına görə, bu barədə RİA Novosti Rusiyanın nəqliyyat naziri Maksim Sokolova istinadən xəbər yayıb.

"İndi müxtəlif KİV-də müxtəlif məlumatlar yayılır ki, Şarm-əl-Şeyxdən Sankt-Peterburqa uçan təyyarə guya terrorçuların buraxdığı zenit raketi ilə vurulub. Bu məlumat həqiqətə uyğun hesab edilə bilməz", - deyə, o, bildirib.

Qeyd edək ki, bundan əvvəl mətbuatda terrorçu İŞİD qruplaşmasının Airbus 321 təyyarəsinin qəzaya uğramasına görə məsuliyyəti öz üzərinə götürdüyünü bəyan etməsi barədə məlumat yayılmışdı.