» » Limon toniki
Limon  toniki



Limonun tərkibi C vitaminiylə zəngin olduğundan dəri üçün çox faydalıdır.Limon eləcə də antibakterial xüsusiyyətə malikdir,dərini mikroblardan təmizləyir.

Bütün bu xüsusiyyətləri ondan kosmetologiyada geniş istifadə olunmasına səbəb olub.Limondan müxtəlif maskalar,toniklər,kremlər hazırlanır.

İndi sizi ev şəraitində tonikin hazırlanma qaydasıyla tanış edirik.Çox sadə üsulla hazırlanan bu tonik dəriniz üçün çox müsbət effekti yaradacaq. 1 limonun şirəsini 1 stəkan suyla qarışdırıb,səhər və axşam pambıq vasitəsilə üzünüzə çəkin.

Bir müddət sonra dəriniz daha gənc və təravətli olacaq.Dəri limonun antibakterial xüsusiyyətindən mikroblardan təmizlənir və yağlılığı aradan qalxır.