» » “Əl-Qaidə” Putinə müharibə elan etdi

“Əl-Qaidə” Putinə müharibə elan etdi

“Əl-Qaidə” Putinə müharibə elan etdi

Ayman əz-Zəvahiri daxili münaqişələrə son qoymağa çağırıb.

“Əl Qaidə” terror təşkilatının lideri Ayman əz-Zəvahiri tərəfdaşlarına müraciət edərək daxili münaqişələrə son qoymağa və bütün qüvvəni amerikalılara, rusiyalılara, iranlılara, ələvilərə və “Hizbullah”a qarşı yönəltməyə çağırıb. ucarliyiq.biz xəbər verir ki, bu barədə Reuter məlumat yayıb.

“Amerikalılar, ruslar, iranlılar, ələvilər və “Hizbullah” bizə qarşı müharibələrini koordinasiya ediblər – məgər biz daxili mübarizənin qarşısını alıb, bütün qüvvəmizi onlara qarşı yönəltməyə qadir deyilik?”, - o, müraciətində deyib.

Bu müraciətin Rusiyanın sentyabrın 30-da başlatdığı hərbi əməliyyatlardan sonra yazıldığı ehtimal edilir.

Daha öncə əl-Zəvahiri tərəfdaşlarını Qərbdə terror aktları həyata keçirməyə çağırırdı.

“Əl Qaidə” İŞİD terror qruplaşmasını tanımır, amma ona yardım etməyi vəd edir. Bundan başqa, “Əl Qaidə”nin rəhbəri “Taliban” liderinə sədaqət andı içib.

Qeyd edək ki, “İslam Dövləti”, “Taliban” və “Əl Qaidə” fəaliyyətləri bir çox ölkələrdə, eləcə də Rusiyada qadağan edilmiş terror təşkilatlarıdır.