» » Azərbaycanlı Rusiyada onu döyən polisi məhkəməyə verdi

Azərbaycanlı Rusiyada onu döyən polisi məhkəməyə verdi

Azərbaycanlı Rusiyada onu döyən polisi məhkəməyə verdi

“Heç kimin mənibelə təhqir etməyə ixtiyarı yoxdur”.

Rusiyada azərbaycanlı qadın onu döyən polisi məhkəməyə verib.

ucarliyiq.biz ANS-ə istinadən xəbər verir ki, Sankt-Peterburqda yaşayan İradə Rəcəbəliyeva onu söyərək döyən Roman Talpeyeva qarşı iddia irəli sürüb.

Onun sözlərinə görə, heç kimin onun belə təhqir etməyə ixtiyarı yoxdur:

“Mən, hətta, cinayətkar olsaydım belə, bu cür hərəkətlərlə rastlaşmamalı idim. Bunun üçün məhkəmə var”, - deyə azərbaycanlı qadın söyləyib.

Ailənin vəkili Sergey Yeqorov deyir ki, nədənsə, Rusiya tərəfi bu barədə heç nə demir:

“Nə vaxt , müstəntiqə zəng edirəm, görüş təyin edirəm, o, gah xəstələnir, gah da, vaxtı olmur görüşməyə”, - deyə vəkil əlavə edib.

Hal-hazırda polisin belə qanunsuz şəkildə İradəni döyməsi məsəlisi ilə bağlı iş gedir, fakt araşdırılır.