» » Türkiyədə bir azərbaycanlı və üç erməni deputat seçildi

Türkiyədə bir azərbaycanlı və üç erməni deputat seçildi

Türkiyədə bir azərbaycanlı və üç erməni deputat seçildi

Nurəddin Aras İğdır vilayətini təmsil edəcək.

Türkiyədə Böyük Millət Məclisinə keçirilən seçkilərdə 3 erməni əsilli deputat seçilib

ucarliyiq.biz Türkiyə KİV-ə istinadən xəbər verir ki, seçkilərin nəticələrinə görə, iki saylı İstanbul seçki dairəsində hakim Ədalət və İnkişaf Partiyasının namizədi Marqar Yesayan və Cümhuriyyət Xalq Partiyasının namizədi Selina Doğan, üç saylı İstanbul seçki dairəsindən isə Demokratik Xalqların Partiyasının namizədi Qaro (Karapet) Paylan parlamentə deputat seçilib. 

Türkiyənin İğdır vilayətini isə Böyük Millət Məclisində əslən azərbaycanlı olan AKP-nin namizədi Nurəddin Aras təmsil edəcək.

Qeyd edək ki, Nurəddin Aras hücuma məruz qalıb. Naməlum şəxslər Qarakuyu kəndində namizədin maşınına hücum ediblər. Sabiq bələdiyyə sədri xəsarət alıb, hadisə yerinə dərhal polis qüvvələri cəlb olunub. Hücumun kim tərəfindən edildiyi araşdırılır.