» » Telman İsmayılov məşhur otelini satdı

Telman İsmayılov məşhur otelini satdı

Telman İsmayılov məşhur otelini satdı

“Mardan palace” milyarderin atasının adını daşıyırdı.

Rusiyada yaşayıb fəaliyyət göstərən Azərbaycan əsilli iş adamı, milyarder, son zamanlar borclarına görə başı qalmaqallarda olan Telman İsmayılov Türkiyənin Antalya bölgəsində tikdirdiyi “Mardan Palace” otelini satıb.

ucarliyiq.biz xəbər verir ki, Türkiyə mətbuatının məlumatına görə, otelin yeni sahibi “Halk Bank” olub.

Qeyd olunur ki, bank borca görə 719 milyon türk lirəsinə satışa çıxarılan otel üçün cəmi 360 milyon lirə (250 milyon ABŞ dolları) ödəyib.

Onu da əlavə edək ki, son zamanlar Telman İsmayılov kreditorlar qarşısında yaranmış borclara görə bir sıra obyektlərini itirib.

Əvvəllər milyarder “Mardan palace”ni heç bir halda satmayacağını bəyan edirdi.  Bir neçə ay əvvəl otel Türkiyə hökumətinə olan borca görə hərraca çıxarılsa da, o zaman məsələ danışıqlar yolu ilə həllini tapmışdı.