» » İstanbulda “Kavkazcenter” internet-resursunun rəhbəri öldürüldü

İstanbulda “Kavkazcenter” internet-resursunun rəhbəri öldürüldü

İstanbulda “Kavkazcenter” internet-resursunun rəhbəri öldürüldü

Hücum edən iki nəfər olub.

Türkiyənin İstanbul şəhərində Abdulvahid Edilgeriyevi güllələyiblər. O, Çeçenistanda vəhhabiliyin əsas ideoloqu Mövladi Uduqovun qohumu idi, bu barədə International Press Media məlumat yayıb.

ucarliyiq.biz Lenta.ru-ya istinadən xəbər verir ki, qətl Edilgeriyevin evi qarşısında baş verib.

Şahidlərin sözlərinə görə, hücum edən iki nəfər olub. Hal-hazırda polislər baş verənlərin təfərrüatlarını aydınlaşdırır.

Qətlə yetirilənin qayınatası İsa Umarov “Qafqaz Əmirliyi” qruplaşmasının üzvüdür. 

Edilgeriyev “Kavkazcenter” internet-resursunun rəhbəri idi.

Mövladi Uduqov özünü respublika elan edən İçkeriyanın İnformasiya və mətbuat nazirliyinə rəhbərlik edirdi, həmçinin İçkeriya prezidenti Covhər Dudayevin mətbuat katibi idi.

O, həmçinin “İçkeriya və Dağıstan Xalqlarının Konqresi” terror təşkilatının təsisçilərindən və rəhbərlərindən biri idi.