» » ABŞ və Mərkəzi Asiya ölkələri tərəfdaşlıq haqqında bəyannamə qəbul edib

ABŞ və Mərkəzi Asiya ölkələri tərəfdaşlıq haqqında bəyannamə qəbul edib

ABŞ və Mərkəzi Asiya ölkələri tərəfdaşlıq haqqında bəyannamə qəbul edib

Yeni “beş üstəgəl bir” formatı yaradılıb.

ABŞ-ın xarici işlər naziri Con Kerri Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistan xarici işlər nazirləri ilə Səmərqənddə müştərək bəyannaməni təsdiqləyərək, yeni “beş üstəgəl bir” (C5+1) formatını yaradıblar, svoboda.org məlumat yayıb.

ucarliyiq.biz xəbər verir ki, sənəddə danışıqların iştirakçılarının geniş məsələlər ətrafında sıx əməkdaşlıq etməyə niyyəti olduğu qeyd edilir. Söhbət əsasən insan alverinə, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədən, Əfqanıstanda təhlükəsizliyin və sabitliyin dəstəklənməsinə dair fəaliyyətdən gedir.

Con Kerri Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistan diplomatik idarələrin rəhbərlərini, Vaşinqtonun Əfqanıstandakı vəziyyət ilə əlaqədar Mərkəzi Asiya dövlətlərinin narahtçılığına şərik olduğuna əmin edib.

Kerrinin sözlərinə görə, ABŞ “İslam dövləti” (İŞİD) və “Əl Qaidə” terrorçu qruplaşmalarının yaratdığı təhlükəni anlayır.

Daha öncə Almaniya, Türkiyə və İtaliyanın Əfqanıstanda hərbi iştiraklarını əvvəlki səviyyədə saxlamağı qərara aldıqları məlum olub. Avropada NATO birləşmiş qüvvələrinin baş komandanı general Filipp Bridlav NATO ölkələrinin Əfqanıstanda olan təxminən 10 min Amerika hərbçisini dəstəkləməyə davam edəcəklərinə əmin olduğunu bildirib.

Buna qədər isə ABŞ-ın 2016-cı ildən sonra Əfqanıstanda öz qoşunlarını saxlayacağı barədə məlumat yayılmışdı.