» » Qəzaya uğrayan A321-in “qara qutu”sundan ilk məlumatlar alındı

Qəzaya uğrayan A321-in “qara qutu”sundan ilk məlumatlar alındı

Qəzaya uğrayan A321-in “qara qutu”sundan ilk məlumatlar alındı

Təyyarə heyəti qəza siqnalı verməyib.

A321 sərnişin təyyarəsinin qəzasının istintaqı ilə yaxından tanış olan mənbənin verdiyi məlumata əsasən, qəzaya uğrayan Rusiya təyyarəsinin “qara qutu”sunun ilk məlumatları alınıb, Reuters məlumat yayıb.

ucarliyiq.biz gazeta.ru-ya istinadən xəbər verir ki, açılan şifrələnməyə əsasən, təyyarə yerə dəymə zərbəsi barədə qəza siqnalı göndərməyib.

Misirin hadisənin araşdırılması üzrə komissiyasından olan mənbə bəyan edib ki, qəzaya uğrayan A321 sərnişin təyyarəsi xarici təsirə məruz qalmayıb.

Daha öncə “Koqalımavia” şirkətində Misirdə Rusiyanın A321 təyyarəsinin qəzasında insan və ya texniki amillərin istisna edildiyini bildirmişdilər.

Xatırladaq ki, oktyabrın 31-də “Koqalımavia” şirkətinə məxsus olan, Şarm-əl-Şeyxdən Sankt-Peterburqa uçan Airbus A321 sərnişin təyyarəsi Misirin Sinay yarımadasında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 217 sərnişin və yeddi heyət üzvü həlak olub.