» » Faydalı məsləhətlər

Faydalı məsləhətlər

Elə geyimlər var ki, biz onlarda özümüzü rahat hiss edirik. Amma zaman keçdikcə bu geyimlər əvvəlki görünüşlərini itirir və rəngləri solmağa başlayır.Geyimlərin az da olsa ömürlərin uzatmaq üçün bəzi məsləhətlər vermək istərdik.



İdman ayaqqabılarının təmizlənməsi:

Faydalı  məsləhətlər

İdman ayaqqabıları ləkələrdən təmizləmək üçün bir qaba soda və təmizləyici məhlul töküb,istifadə olunmuş diş fırçasıyla ayaqqabıların ağ hissəsinə sürtmək lazımdır.

Faydalı  məsləhətlər



Corabların süzülməsinin qarşısının alınması:

Bir çox xanımlar corablar süzüləndə dırnaq boyasından istifadə edir.Bu zaman süzülmənin qarşısı alınsa da boyanın izi corabda görünür və bu diskomfort yaradır.Lakin daha effektli üsul da var - bu saç lakıdır.Onu süzülmüş yerə vurmaqla problemi asanlıqla həll etmək olar.

Faydalı  məsləhətlər




Ayaqqabılar ayaqqlarınızı sıxarkən nə etməli:

Ayağınızı ayaqqabı sıxırsa onda bu üsuldan istifadə edin. 2 paketi su ilə doldurub ayaqqabıların hər birinin içinə yerləşdirin.Sonra ayaqqabıları buz dolabında gecədən səhərə qədər saxlayın.Fərqi səhər hiss edəcəksiniz.

Faydalı  məsləhətlər


Tünd rəngli paltarların rənginin qorunması:

Bunun üçün paltaryuyan maşına bir az uksus tökmək lazımdır.Onda paltarların rəngi uzun müddət solmayacaq.

Faydalı  məsləhətlər




Ağ paltarlardan tər ləkəsinin təmizlənməsi.

Ağ paltarlara tərdən sarı ləkələr düşür.Bu ləkələri təmizləmək üçün yumadan öncə üzərinə limon şirəsi töküb bir az saxlamaq lazımdır.

Faydalı  məsləhətlər



Paltarların qırmızı şərab ləkələrindən təmizlənməsi:

Əgər paltarınıza qırmızı şərab tökmüsünüzsə bunun üçün məyus olmağa dəyməz.Qırmızı şərab ləkələri ağ şərab,qazlı su və ya duzla asanlıqla təmizlənir.

Faydalı  məsləhətlər