» » Naməlum şəxs Türkiyə prezidentinin iqamətgahı qarşısında atəş açdı

Naməlum şəxs Türkiyə prezidentinin iqamətgahı qarşısında atəş açdı

Naməlum şəxs Türkiyə prezidentinin iqamətgahı qarşısında atəş açdı

O, silahı polislərin əlindən alıb.

Türkiyənin İstanbul şəhərində prezident iqamətgahının yanında polislərə hücum edən naməlum şəxs atəş açıb, Zaman qəzeti bazar ertəsi məlumat yayıb.

ucarliyiq.biz xəbər verir ki, 20 yaşlarında naməlum gənc Türkiyə prezidentinin Bosfor sahilində İstanbulun Yeniköy rayonunda yerləşən Huber Mansion iqamətgahının ərazisinə keçməyə çalışıb.

Binanın mühafizə xidməti buna izin verməyib, bundan sonra naməlum şəxs polislərdən birinin əlindən silahı alaraq atəş açıb, daha sonra özünü güllələməyə cəhd edib.

O, odlu silahdan aldığı yara ilə xəstəxanaya çatdırılıb. Nəşr hadisə nəticəsində polislərin xəsarət alıb-almadıqları barədə məlumat vermir.