» » Rusiyada “Moskva-İrəvan” avtobusu aşıb: ölənlər var

Rusiyada “Moskva-İrəvan” avtobusu aşıb: ölənlər var

Rusiyada “Moskva-İrəvan” avtobusu aşıb: ölənlər var

Sərnişinlər arasında uşaq yoxdur.

Rusiyanın Tula vilayətində “Moskva-İrəvan” avtobusunun qəzaya uğraması nəticəsində yeddi nəfər ölüb və 42 nəfər xəsarət alıb, RİA Novosti Tula vilayətinin Rusiya DİN İdarəsinə istinadən məlumat yayıb.

ucarliyiq.biz xəbər verir ki, “Moskva-İrəvan” avtobusu Tula vilayətində M4 “Don” yolunda çərşənbə gününə keçən gecə aşıb.

“Avtobusda 59 sərnişin olub. Hal-hazırda yeddi ölən və 42 yaralanan haqqında məlumat var. Sərnişinlər arasında uşaq yoxdur”, - məlumatda deyilir.

DİN əməkdaşları iki əsas versiyanı - avtobusun nasazlığı və sürücünün sükan arxasında yuxulaması - nəzərdən keçirir.

Məlumatda qeyd edilir ki, bütün xəsarət alanlar Uzlovaya, Kireyevsk və Borodistk şəhərlərinin xəstəxanalarına yerləşdirilib.

Qəzanın nəticələrinin aradan qaldırılması və baş verənlərin aydınlaşdırılması üzrə iş gedir.