» » Qaribaşvili: Saakaşvilinin yeri həbsxanadır

Qaribaşvili: Saakaşvilinin yeri həbsxanadır

Qaribaşvili: Saakaşvilinin yeri həbsxanadır

“Buna sübut var”.

Estoniyada səfərdə olan Gürcüstanın baş naziri İrakli Qaribaşvili hesab edir ki, ölkənin keçmiş prezidenti, Ukraynanın Odessa vilayətinin qubernatoru Mixeil Saakaşvilinin yeri həbsxanadır.

ucarliyiq.biz bu barədə xəbər verir.

“Mixeil Saakaşvili Gürcüstanda inqilabi çevriliş təşkil etməyi planlaşdırıb, bunu təsdiqləyən sübutlar var. Ukrayna saytlarında bu barədə audioyazılar dərc edilib. 

Gürcüstan vətəndaşlarından soruşsanız, əksəriyyəti siyəsətdə Saakaşvili üçün yer olmadığını bildirəcək. Məndən soruşsanız, onun yeri həbsxanadır”, deyə Qaribaşvili Tallində mətbuat konfransında bildirib.     

Gürcüstanın sabiq prezidenti Saakaşvili ölkənin yeni prezidenti Georgi Marqvelaşvili 2013-cü ilin noyabr ayında vəzifəsinin icrasına başladıqdan sonra ölkəni tərk edib.

Gürcüstanın Baş Prokurorluğu ona qarşı qiyabi olaraq bir neçə cinayət işi, o cümlədən də 5 milyon dollar məbləğində dövlət əmlakının şəxsi ehtiyaclar üçün sərf edilməsi üzrə ittiham irəli sürüb. Daha sonra Saakaşvili Gürcüstanda axtarışa verilib.