» » Amerikalı general: ABŞ yalnız Rusiyadan çəkinir

Amerikalı general: ABŞ yalnız Rusiyadan çəkinir

Amerikalı general: ABŞ yalnız Rusiyadan çəkinir

“Biz onların niyyətlərindən bixəbərik”.

Rusiya ABŞ-ı məhv etmək iqtidarında olan yeganə ölkədir, bu barədə bazar ertəsi Amerikanın quru qoşunlarının qərargah rəisi, general Mark Milli bildirib, ucarliyiq.biz xəbər verir.

Təhlükəsizlik məsələləri üzrə Konfransın gedişatında aparıcı Millidən ABŞ üçün kimin təhlükəli olduğunu soruşub. Bu zaman o “İslam Dövləti” (İŞİD) terror qruplaşmasını və Rusiya Federasiyasını xatırladıb. 

“Mən Rusiyanı ABŞ üçün bir nömrəli təhlükə kimi görürəm. Bu, yeganə ölkədir ki, Birləşmiş Ştatları məhv edə bilər. Digər ölkələr nüvə silahına malikdirlər, amma Rusiyada olduğu qədər deyil. Rusların bunu etməyə həm imkanları, həm də nüvə silahları var.

İmkanların olması azdır, bu imkanlar niyyətlərə əsaslanmalıdır. Biz onların niyyətlərindən bixəbərik”, - Milli deyib.

General hesab edir ki, Berlin divarının yıxılmasından və təxminən 2008-ci ildən sonra Rusiya digər ölkələrə qarşı heç bir təcavüzkar davranış nümayiş etdirmirdi.

Onun sözlərinə görə, indi bu təzahür edir. 

“O, müstəqil dövlətlərin suverenliyini pozur”- general Mark Milli deyib.

Amerikalı general həmçinin RF-nın davranışını ABŞ-a qarşı qərəzli adlandırıb.

Milli Suriya üzrə Rusiya ilə danışıqların aparılması imkanlarını da vurğulayıb. Aparıcının Suriya üzrə Vaşinqtonun Moskva ilə danışıqlar masasına oturmalı olmasına dair sualına o: “Biz onları danışıqlardan tamamən istisna etməməliyik, belə ki, bizim ümumi maraqlarımız mövcuddur”- deyə cavab verib.