» » Braziliyada 1 yaş 6 aylıq uşaq zəhərli ilanı gəmirərək öldürdü

Braziliyada 1 yaş 6 aylıq uşaq zəhərli ilanı gəmirərək öldürdü

Braziliyada 1 yaş 6 aylıq uşaq zəhərli ilanı gəmirərək öldürdü

Körpə özünü yaxşı hiss edir.

Braziliyada 1 yaş 6 aylıq körpənin zəhərli ilan ilə təhlükəli görüşü qəribə sonluqla başa çatıb – oğlan ilanı gəmirərək öldürüb, özü isə heç bir xəsarət almayıb, RİA Novosti Gaucha-ya istinadən məlumat yayıb.

ucarliyiq.biz xəbər verir ki, qeyri-adi hadisə Braziliyanın Riu-Qrandi-du-Sul ştatının Mostardas şəhərində baş verib.

Lorentso adlı körpə evin bağçasında oynayarkən yanında zəhərli ilan peyda olub, belə ki, bu ilanın sancması insan həyatı bahasına başa gəlir.

Körpənin ilanı necə ölənə qədər dişlədiyi məlum deyil.

Hadisədən dərhal sonra Lorentsonu xəstəxanaya aparıblar, ilanın onu dişləməsindən ehtiyat ediblər.

Amma həkimlər onun orqanizminə düşdüyü ehtimal edilən zəhərin izlərini tapa bilməyiblər. Həkimlər valideynləri uşağa heç bir zərər dəymədiyinə və özünü yaxşı hiss etdiyinə əmin ediblər.

  1. iran 3 noyabr 2015 16:50


    yox daha neler...


  2. Bextiyar 4 noyabr 2015 00:12


    yeqin usaqda vehsilesme gedirdaa ona gore ))

    --------------------