» » KİV: Kadırovu öldürmək istəyiblər

KİV: Kadırovu öldürmək istəyiblər

KİV: Kadırovu öldürmək istəyiblər

Region rəhbəri gəncləri əfv etdi.

Hüquq-mühafizə orqanları əməkdaşları Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırova qarşı təşkil olunan sui-qəsdin qarşısını alıblar, largrozny.tv saytı məlumat yayıb.

ucarliyiq.biz xəbər verir ki, bazar ertəsi Kadırov Arqun şəhər sakinləri ilə görüşüb.

O, burada vəhhabiliyə loyal yanaşma fonunda başlıca düşmən hesab edilirdi.

Respublika rəhbəri İnstagram hesabında Arqun şəhərinin sakinləri ilə söhbət apardığını bildirib, burada “cahil-imam” vəhhabilik ideologiyası haqqında təhrik edilmiş məlumat yayaraq Çeçenistan rəhbərini vəhhabilərin başlıca düşməni kimi qələmə verirdi. Bu söhbətdə saxlanılan şəxslərin valideynləri və qohumları da iştirak edirdilər.  

“Saxlanılan şəxslər Ramzan Kadırova qarşı terror aktı hazırlayırdılar. Məkirli fikir göz önündə olsa da region rəhbəri onları əfv etdi və səhvlərini düzəltmək üçün onlara şans verdi”, - teleradio şirkətinin saytında məlumat yayılıb.

“Əməliyyatçılara gənclərin Arqun məscidinin qazanxanasında toplaşaraq respublika başçısına qarşı terror aktı hazırladıqları məlum olub”, - “Qroznı” teleradio şirkətinin süjetində bildirilib.