» » ABŞ peyki Rusiya təyyarəsinin qəzaya uğramasından öncə işartı qeydə alıb

ABŞ peyki Rusiya təyyarəsinin qəzaya uğramasından öncə işartı qeydə alıb

ABŞ peyki Rusiya təyyarəsinin qəzaya uğramasından öncə işartı qeydə alıb

İşartı göyərtədə partlayışı bildirir.

Amerikanın infraqırmızı peyki Rusiya təyyarəsinin qəzaya uğramasından saniyə öncə Sinay üzərində işartı qeydə alıb, bu barədə NBC News Pentaqondan olan yüksək vəzifəli məmura istinadən məlumat yayıb.

ucarliyiq.biz xəbər verir ki, amerikalı kəşfiyyatçıların sözlərinə görə, işartı təyyarənin göyərtəsində baş verən partlayışı göstərir.

Amma lazımi yoxlamalar aparılmadan bunun nasazlıq nəticəsində yanacaq çənində və ya mühərrikdə partlayışın, və yaxud da bomba partlayışı olmasını dəqiq demək olmaz

Nəşrin həmsöhbəti qeyd edib ki, təyyarəyə raketin dəyməsi ehtimalı artıq müzakirə edilmir.

Onun sözlərinə görə, belə olduğu halda işartını qeydə alan peyk, raketin qoyduğu izi də qeydə alardı.

Xatırladaq ki, Airbus 321 sərnişin təyyarəsi oktyabrın 31-də Sinay yarımadasının şimal hissəsində qəzaya uğrayıb.

Təyyarənin göyərtəsində 224 nəfər olub, onların 217 nəfəri sərnişin idi. Təyyarədə 20-dən çox uşaq olub, onların ən kiçiyi 10 aylıq idi. Sərnişinlərdən və heyət üzvlərindən heç kim sağ qalmayıb.