» » Türkiyədə casus qalmaqalı

Türkiyədə casus qalmaqalı

Türkiyədə casus qalmaqalı

İş üzrə 350-dən çox adamın adı keçir.

Noyabrın 3-də Türkiyənin 18 əyalətində “gizli hərbi sənədlərin saxlanılmasında” şübhəli bilinənlər saxlanılıblar, bu barədə TASS yerli televiziyaya istinadən xəbər verir.

ucarliyiq.biz-ın məlumatına görə, 40 nəfər həbs olunub, 20 nəfərin barəsində saxlanılmaq üçün order çıxarılıb.

Əməliyyatın mərkəzi İzmir şəhəri olub. Həbslərə icazə vermiş İzmir Baş prokurorluğu 2013-cü ildən casus fəaliyyəti və hərbi sirrə aid sənədlərin saxlanılması haqqında iş aparır.

İş üzrə ümumilikdə 350-dən çox adamın adı keçir, onların arasında istefada olan hərbçilər də var.

Bildirilir ki, saxlanılanlar arasında polislər, məmurlar və islam müxalifətçisi Fətullah Gülənin “Hizmət” hərəkatı ilə bağlı şəxslər var. İddia olunur ki, Gülən tərəfdarlarının məqsədi hökumətin işini iflic etməkdir.