» » Türkiyədə iki jurnalist qiyama təhrikdə ittiham edilirlər

Türkiyədə iki jurnalist qiyama təhrikdə ittiham edilirlər

Türkiyədə iki jurnalist qiyama təhrikdə ittiham edilirlər

“Bazar ertəsi, 2 noyabr: Türkiyədə vətəndaş müharibəsinin başlanğıcı”.

İstanbul polisi “Nokta” jurnalının baş redaktoru Cevheri Güvəni və bu nəşrin Xəbərlər şöbəsinin redaktoru Murat Çapanı “insanları cinayətə və qiyama təhrik etmə” ittihamı üzrə saxlanılıblar, “Hurriyet” qəzeti çərşənbə axşamı məlumat yayıb.  

ucarliyiq.biz ria.ru-ya istinadən xəbər verir ki, jurnalistlərin saxlanılmasına səbəb jurnalda dərc edilən Türkiyədə bazar günü keçirilən parlament seçkilərinin nəticələrinə həsr edilmiş məqalə olub.

“Nokta” jurnalının son nömrəsinin üz qabığında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın şəkli “Bazar ertəsi, 2 noyabr: Türkiyədə vətəndaş müharibəsinin başlanğıcı” yazısı ilə buraxılıb.

İstanbul məhkəməsi prokurorluğun tələbi ilə jurnalın son buraxılışını müsadirə edib.

Türkiyədə təcili parlament seçkiləri bazar günü keçirilib. İlkin nəticələrə görə, Türkiyənin hazırkı baş naziri Əhməd Davudoğlunun rəhbərlik etdiyi iqtidar partiyası olan Ədalət və İnkişaf Partiyası 49,5% səs toplayaraq 550 yerdən 317-nə sahib olub, bu isə ona bir partiyalı hökuməti yaratmaq imkanı verir.