» » Die Welt: ABŞ xammal müharibəsinə təhrik edir

Die Welt: ABŞ xammal müharibəsinə təhrik edir

Die Welt: ABŞ xammal müharibəsinə təhrik edir

“Söhbət yalnız puldan deyil, eləcə də siyasətdən gedir”.

ABŞ konqresi və prezident administrasiyası büdcəni sabitləşdirməyə istinad edərək dövlət strateji ehtiyatlarından neftin satışına dair qərarı razılaşdırıblar, amma Vaşinqton iqtisadi motivlərin arxasında xammal müharibəsinə təhrik səyini gizlədir.

ucarliyiq.biz ria.ru-ya istinadən xəbər verir ki, bu barədə Die Welt məlumat yayıb.

Strateji ehtiyatları yalnız böhran, müharibə və məsələn, 2005-ci ildə “Katrina” fırtınası onlarla buruq qurğusunu dağıtdığı kimi təbii fəlakət kimi fövqəladə hallarda istifadə etmək planlaşdırılır. Neft ekstremal şəraitdə son vasitə, müdafiə tədbiri idi. Məqalənin müəllifi neftin indi deyəsən hücum üçün istifadə edildiyini yazır.

Ağ ev və konqres strateji neft ehtiyatlarının 8%-ni satmağa razılaşıb, bu isə indi 695 milyon barel neft deməkdir. Qanun layihəsinə müvafiq olaraq 2018-ci ildən 2023-cü ilə qədər olan dövr ərzində bir il üçün 5 milyondan 10 milyon barelə qədər olmaqla, ümumilikdə 58 milyon barel neft satılacaq. 2025-ci ildə təxminən 60 milyon barelə yaxın neftdən əldə edilən gəlir ABŞ Maliyyə Nazirliyinin ümumi fonduna köçürüləcək.

Rəsmi məlumata əsasən, əldə edilən gəlir “büdcənin stabilləşdirilməsinə” sərf ediləcək. Amma iqtisadi nöqteyi-nəzərdən bu addım mübahisəlidir. İndiki qiymətlərlə neftin satışından yalnız üç milyard dollar əldə ediləcək, bu məbləğ çətin ki, ölkənin 18 trilyon borcunu ödəməyə yardım edə. İl ərzində neftin qiyməti təxminən iki dəfə azalıb.

Əgər 2014-cü ilin ortalarında amerikan neftinin bir bareli 100 dollar idisə, bu gün həmin neftin qiyməti 50 dollardan artıq deyil. İstehlakçılar bu halda ucuz benzin və istilik əldə edəcəklər, amma energetik şirkətlərə və dövlətlərə işlərin belə gedişatı yalnız zərər verə bilər.

“Nəyə görə Vaşinqton satış haqqında planlarını indi, neftin qiyməti bu qədər ucuzlaşdığı zaman elan etdi? Ola bilər ki, söhbət yalnız puldan deyil, eləcə də siyasətdən gedir. Strateji neftin satışı barədə qərarın məqsədi həm də süni şəkildə bazara təzyiq göstərmək və büdcəsinin zənginləşdirilməsi üçün əsas vasitənin neft satışı olan dövlətləri zəiflətməkdir. Beləliklə, ABŞ Rusiya, Səudiyyə Ərəbistanı və İrana meydan oxuyaraq qlobal xammal müharibəsinə təhrik edir”.